• +994 50 264 93 70

    Əlaqə nömrəsi

  • office@adres.az

    Sualınız var?

  • +994 50 264 93 70
    +994 51 650 65 50

    Əlaqə nömrəsi

  • office@adres.az

    Sualınız var?



Elektra Events Hall

Haqqımızda

Elektra Events Hall canlı musiqi, sərgi və konfranslar üçün ideal məkandır.
Elektra Events Hall — şəhərimizin müxtəlif janrlı canlı musiqi konsertlərin keçirilməsi üçün nəzərdə tutulmuş yeganə peşəkar meydançasıdır. Bura, həmçinin təntənəli tədbir, korporativ şənlik, qurultay, konfrans və sərgilərin keçirilməsi üçün əla yerdir. Beynəlxalq standartlara cavab verən, gözəl texniki xarakteristikalara və unikal akustik xüsusiyyətlərə malik olan Elektra Events Hall regionun ən iri konsert meydançasıdır. Keçirilmiş tədbirlər: DMX, Mark Knight, Max Cooper, M.A.N.D.Y, AZIS, Willy Williams, Miri Yusif, Röya, Akcent, Timati, Баста, Jah Khalib, Nargiz Zakirova, MOT, Miyagi & Endshpil, ЗВЕРИ, L'ONE, CENTR, Егор Крид, Бумбокс.
Elektra Events Hall`da tamaşaçı zalının müxtəlif konfiqurasiyaları nəzərdə tutulub. Bu isə, öz növbəsində, müxtəlif formatlı tədbir keçirməyə imkan verir. Klassik və ya pop musiqisi konsertləri, teatr və ya xoreoqrafiya tamaşaları, myüziklar, festivallar, işgüzar forumlar, konfranslar, idman tədbirləri, sərgi, banket, furşet və sair.
Meydançanın əsas mərtəbəsində 3000 nəfəri qonaq edə biləcək zal yerləşir. O həmçinin 600 nəfərlik teatr parterinə və ya 250 nəfərlik banket zalına çevrilə bilər. İkinci mərtəbədə yerləşən VİP-zonada isə 200 nəfərə qədər qonaq yerləşədirə bilirik.