• +994 50 264 93 70

    Əlaqə nömrəsi

  • office@adres.az

    Sualınız var?

  • +994 50 264 93 70
    +994 51 650 65 50

    Əlaqə nömrəsi

  • office@adres.az

    Sualınız var?



Milli Park

Baxış sayı

Haqqımızda

Dənizkənarı bulvarın salınması 1909-cu ildə Bakı Şəhər Duması tərəfindən qərarlaşdırılmışdır. Növbəti ildən parkın salınmasına başlanılmışdır.Parkın salınmasında o vaxtlar Dumada çalışan mühəndis Məmməd Həsən Hacınskinin xüsusi xidmətləri olmuşdur. İki il müddətində buraya kənardan münbit torpaq, dünyanın müxtəlif ölkələrindən nadir bitki nümunələri gətirilmişdir. Bulvar ərazisində 1950-60-cı illərdə "Mirvari", "Bahar" kafeləri, Səməd Vurğun adına yay kinoteatrı, "Venesiya" su şəhərciyi və bir çox digər istirahət obyektləri tikilmişdir. “Venesiya” su şəhərciyi uzunmüddətli təmirdən sonra 2012-ci ildə yenidən istifadəyə verilmişdir. “Yeni Venesiya” su şəhərciyi köhnə Venesiyadan vizual görünüşünə görə tamamilə fərqlənir. Tunelləri yenidən tikilən su şəhərciyinin kanallarının sahəsi də genişləndirilmişdir. Amma yeniliklərə rəğmən, keçmiş “Venesiya” su şəhərciyinin əsas məğzi saxlanılmışdır. 1970-ci illərdə bulvar şərq və qərb istiqamətində genişləndirilmişdir. 1998-ci il dekabrın 29-da sabiq prezident Heydər Əliyevin sərəncamı ilə Dənizkənarı bulvara "MilliPark"statusu verilmişdir. Bu gün Milli Parkımız ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir. Son illərdə Dənizkənarı Milli Parkda böyük tikinti və abadlıq işləri həyata keçirilmişdir. Bulvarın ərazisi dənizə doğru bir neçə metr genişləndirilib. Yaşıllıq artırılıb, müxtəlif ölkələrdən gətirilmiş yeni dekorativ ağac və kollar əkilmişdir. Parkda yeni elektrobuslar, faytonlar, dəniz gəmiləri və sair gəzinti marşrutları işləyir. Səyyar fotostudiyalar, kiçik ticarət köşkləri, müasir kafelər və sair istirahət və əyləncə mərkəzləri fəaliyyət göstərir.