• +994 50 264 93 70

    Əlaqə nömrəsi

  • office@adres.az

    Sualınız var?

  • +994 50 264 93 70
    +994 51 650 65 50

    Əlaqə nömrəsi

  • office@adres.az

    Sualınız var?



BDU

.
Baxış sayı

Haqqımızda

Müasir dövrdə vətəndaş cəmiyyəti quruculuğunda sürətlə inkişaf edən elmi-texniki tərəqqi, informasiyanın sürətli artımı və yeniləşməsi təhsil prosesinin təkmilləşməsini və dinamik inkişafını zəruri edir. Dövlətimizə, cəmiyyətimizə və ümumiyyətlə, tariximizə bələd olan, yeni düşüncəyə malik gənclər yetişdirmək, onlara bilik və bacarıq vermək, millətimizin adət-ənənələrinə və maddi-mənəvi dəyərlərinə qiymət verən və onları gələcək nəsillərə ötürə bilən yüksək ixtisaslı kadrlar hazırlamaq Bakı Dövlət Universitetin üzərinə düşən tarixi vəzifədir.
Bu gün BDU-da mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı Azərbaycan Respublikası Konstitusiyası, Təhsil Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin fərman və sərəncamları, Təhsil sahəsində İslahat Proqramına və digər normativ-hüquqi sənədlər əsasında həyata keçirilir.
BDU-da ali təhsilin hər üç səviyyəsində – bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı Avropa kredit transfer sisteminə uyğun həyata keçirilir.
Hazırda universitetin 17 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavriaturada 60 ixtisas, magistraturada 197 ixtisaslaşma, doktorantura səviyyəsində 70 ixtisas üzrə 20 minə yaxın tələbə, magistrant və doktorant təhsil alır.
İxtisaslar üzrə tədris prosesinin təşkili ali təhsil pilləsinin dövlət təhsil standartlarına uyğun hazırlanmış və rektor tərəfindən təsdiq edilmiş tədris planları əsasında həyata keçirilir. Təhsil 3 dildə – Azərbaycan, rus və ingilis dillərində aparılır. Universitetdə dünyanın bir çox ölkələrindən 1000 yaxın tələbə də təhsil alır. Tədris prosesinə 127 kafedrada 1500-ə yaxın professor-müəllim heyəti cəlb edilmişdir. Bununla yanaşı, BDU-da Tətbiqi Riyaziyyat və Fizika Problemləri elmi-tədqiqat institutları, Azərbaycan dili, ədəbiyyatı və tarixinin klassik məsələlərini, genetika, nanotexnologiya, nanomaterialların alınması problemlərini ehtiva edən çox geniş spektrdə mövzular üzrə elmi araşdırmalar aparan 30 elmi-tədqiqat laboratoriyası və mərkəz fəaliyyət göstərir.
Pedaqoji kadr hazırlığı riyaziyyat, informatika, fizika, kimya, biologiya, coğrafiya, tarix, Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı müəllimliyi ixtisasları üzrə aparılır. Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma proqramı həyata keçirilir. Belə ki, qəbul zamanı 500 və daha yüksək bal toplayan, ixtisas seçimi zamanı birinci və ya ikinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə əlavə “Gələcəyin müəllimi təqaüdü” təsis edilib. 2014-2015-cü tədris ilində “Gələcəyin müəllimi təqaüdü”nün qaliblərinin 142-si (47%) BDU-nun tələbələri olub.